Bakı-Tbilisi-Bakı qatar reysi bərpa edilir? - Prezidentlə müzakirə olundu
12 Fevral 2025
17:35 - 12 Fevral 2025
Bir neçə gün əvvəl xaricdə məskunlaşan və tez-tez Azərbaycanla bağlı feyk xəbərlərlə gündəmə gələn səhifələrdə guya Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyevin “Rus evi”nə dil öyrənməyə getməsi ilə bağlı məlumat paylaşılmışdı.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hansısa sənədlərə əsaslanaraq yayılmış dezinformasiya ciddi qəbul olunmasa belə, “Rus evi” dərhal bunu yalanlayaraq saxta olduğunu bəyan etdi, yayılmış “sənəd”lərin onlara məxsus olmadığını bildirdi. Lakin xaricdən servis edilən bu gülünc dezinformasiya bəzi məqamlara diqqəti çəkir.
Belə feyk sənədlər kimə sərf edir?
Görünür, bu kimi saxta sənədlər onlara həvalə olunmuş mühüm dövlət işlərini bir kənara qoyub vaxtlarını mənasız və səmərəsiz oyunbazlıqlara həsr edənlərin məhsuludur. Söyüş müxalifətinin məhz Bakıdakı müəyyən qüvvələrdən dəstək alması da sirr deyil.
“Biz palçıq ataq, atdığımız palçıq yapışmasa da, izi qalacaq” düşüncəsi ilə hərəkət edənlər dezinformasiya hazırlanarkən bir çox məqamları unudublar.
Əvvəla, haradan çıxıb ki, Hikmət Hacıyev rus dilini bilmir?! İkincisi isə, o, dil biliklərini təkmilləşdirmək istəsə belə, gedib “Rus evi”ndə “Maşa ilə Medved”in nağılını oxuyacaq qədər boş vaxta və yaşa sahib deyil.
Dil biliklərini təkmilləşdirmək üçün kifayət qədər vasitə və alternativlərin olduğu şəraitdə bu iddianı ortaya atmaq həmin dairələrin səviyyəsini ortaya çıxarır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin