HƏMAS Trampın açıqlamalarını irqçi adlandırıb

17:28 - 12 Fevral 2025

HƏMAS Trampın açıqlamalarını irqçi adlandırıb

ABŞ prezidenti Donald Trampın Qəzza zolağının transformasiyası ilə bağlı bəyanatları irqçiliyin təzahürü və etnik təmizləmə çağırışıdır.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fələstinin Həmas hərəkatı məlumat yayıb.

Dünən İordaniya Kralı II Abdullah ilə görüşünün açılış hissəsində Tramp bildirib ki, ABŞ Qəzza zolağını satın almayacaq və vergi ödəyicilərinin pulunu bu sahəyə xərcləməyəcək. Lakin Tramp Qəzza ilə bağlı doğru işləri görəcəyinə söz verib və Misirlə razılaşmaya ümid etdiyini bildirib.

“Trampın bəyanatları irqçidir. Fələstin məsələsini aradan qaldırmaq və xalqımızın hüquqlarını inkar etmək üçün etnik təmizləməyə çağırışdır" - HƏMAS-ın bəyanatında deyilir.


Xəbər xətti

12 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin