Prezident Dövlət Agentliyinin əsasnaməsi və strukturunu TƏSDİQLƏDİ
12 Fevral 2025
16:23 - 12 Fevral 2025
Yunanıstan parlamenti parlamentin keçmiş sədri Kostas Konstantinos Tasulası ölkə prezidenti seçib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, onun namizədliyi baş nazir Kiriakos Mitsotakis tərəfindən irəli sürülüb.
Yerli mətbuatın məlumatına görə, seçki səsvermənin dördüncü turunda keçirilib. İlk üç səsvermə yanvarın 25-31-də, eləcə də fevralın 6-da keçirilib. Lakin onlar prezident seçə bilməyiblər.
Yunanıstan konstitusiyasına görə, prezident seçkilərinin birinci və ikinci turlarında üç yüz yerlik parlamentin 2/3-ü, yəni 200 deputat müəyyən namizədin lehinə səs verməlidir. Üçüncü turda 180 deputat və ya 3/5-i namizədin lehinə səs verməlidir. 4-cü turda isə cəmi 151 səs lazımdır. Tasulasın namizədliyini irəli sürən hakim Yeni Demokratiya partiyası 156 səs toplayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin