Misir prezidenti ABŞ-a səfər etməkdən imtina edə bilər

15:46 - 12 Fevral 2025

Misir prezidenti ABŞ-a səfər etməkdən imtina edə bilər

Misir prezidenti Əbdülfəttah əs-Sisi Qəzza zolağından fələstinlilərin köçürülməsi məsələsi ikitərəfli danışıqların gündəminə düşərsə, ABŞ prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona getməyəcək.

Manset.az xəbər verir ki, bu barədə Reuters agentliyi Misirin təhlükəsizlik xidmətlərindəki iki mənbəyə istinadən məlumat yayıb .

Yanvarın 1-də ABŞ və Misir prezidentləri Donald Tramp və Əbdülfəttah əs-Sisi Amerika liderinin təşəbbüsü ilə telefon danışığı aparıblar. Misir Prezident Administrasiyasının daha sonra verdiyi məlumata görə , söhbət zamanı Donald Tramp misirli həmkarını Vaşinqtona rəsmi səfərə və Ağ Evdə görüş keçirməyə dəvət edib.


Xəbər xətti

12 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin