Google-dan sonra Apple Meksika körfəzini “Amerika körfəzi”nə dəyişdi

12:23 - 12 Fevral 2025

Google-dan sonra Apple Meksika körfəzini “Amerika körfəzi”nə dəyişdi

ABŞ prezidenti Donald Trampın Meksika körfəzinin adının “Amerika Körfəzi” olaraq dəyişdirilməsi haqqında fərmanından sonra “Google Maps” kimi “Apple Maps” də “Meksika körfəzi” adını dəyişərək “Amerika Körfəzi” adlandırıb.

 

Manset.az xəbər verir ki, bu barədə Ağ Ev "X" sosial media hesabında məlumat yayıb. 

Qeyd edək ki, Tramp yanvarın 20-də Ağ Evdə imzaladığı fərmanla Meksika körfəzinin adının “Amerika Körfəzi” adlandırılmasını əmr edib.

Açıqlamada ABŞ-dakı istifadəçilərin "Amerika Körfəzi" adını görəcəyi, Meksikadakı istifadəçilərin "Meksika Körfəzi" adını görməyə davam edəcəyi, digər ölkələrdəki istifadəçilərin isə hər iki adı görəcəyi qeyd edilib.

 


Xəbər xətti

12 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin