"Avropa ABŞ olmadan Ukraynanın təhlükəsizliyinə zəmanət verə bilməz" Zelenski

11:36 - 12 Fevral 2025

\"Avropa ABŞ olmadan Ukraynanın təhlükəsizliyinə zəmanət verə bilməz\" Zelenski

ABŞ prezidenti Donald Tramp Ukraynaya dəstəyini geri götürsə, Avropa təkbaşına boşluğu doldura bilməyəcək.

Manset.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Britaniya mətbuatına danışıb.

Ukrayna lideri Avropanın amerikalılar olmadan da təhlükəsizlik zəmanəti verə biləcəyini söyləyənlərin olduğunu, lakin o, bununla razılaşmadığını bildirib. O əlavə edib ki, ABŞ olmadan təhlükəsizlik zəmanəti real təhlükəsizlik zəmanəti deyil.

Zelenski ölkəsinin danışıqlara hazır olduğunu, lakin Ukraynanın güc mövqeyindən bunu etməsini istədiyini deyib.

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv