Qəzzada müvəqqəti yaşayış düşərgələri tikilir

09:35 - 12 Fevral 2025

Qəzzada müvəqqəti yaşayış düşərgələri tikilir
Qəzza şəhərində və anklavın digər şimal ərazilərində müvəqqəti yaşayış düşərgələri tikilir.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyəti Qəzzanın mərkəzi və şimalına qayıdan qaçqınları yerləşdirmək üçün düşərgələr qurur.

Təşkilatın X səhifəsində dərc edilən açıqlamaya görə, Qəzza şəhərində və anklavın digər şimal ərazilərində müvəqqəti yaşayış düşərgələri tikilir. Müharibə nəticəsində əziyyət çəkən və evlərini itirənlərin evlə təmin olunması nəzərdə tutulur.

Fələstinin HƏMAS hərəkatının silahlı tərəfdarlarının 2023-cü il oktyabrın 7-də Qəzza zolağından İsrail ərazisinə daxil olması, sərhədyanı yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və əsirlərin girov götürülməsi ilə müşayiət olunandan sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail Fələstin anklavında quru hərbi əməliyyata başlayıb.


Xəbər xətti

12 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin