Şəhid Xudayar Yusifzadənin anasını təhqir edən bloger həbs olundu
12 Fevral 2025
08:59 - 12 Fevral 2025
İordaniya kralı II Abdullah Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşdən sonra Fələstinlilərin Qəzza zolağından köçürülməsinə qarşı ölkənin qəti mövqeyini bəyan edib.
Manset.az xəbər verir ki, II Abdullah bu barədə sosial media hesabında yazıb.
“Fələstinliləri köçürmədən Qəzzanın yenidən qurulması və ağır humanitar vəziyyətin həlli hər kəs üçün prioritet olmalıdır”. Mən həmçinin İordan çayının qərb sahilində gərginliyin azaldılması istiqamətində işləməyin və orada vəziyyətin pisləşməsinin qarşısının alınmasının vacibliyini vurğuladım ki, bunun da genişmiqyaslı nəticələrə gətirib çıxara bilər”.
İordaniya kralı cənab Trampla danışdıqdan sonra əlavə edib ki, iki dövlətin - Fələstin və İsrailin yaradılması regional sabitliyin əsas şərtidir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin