"2022-ci ilin martınadək Avropada koronavirusdan ölənlərin sayı 2 milyonu ötə bilər"- ÜST

20:13 - 23 Noyabr 2021

İndiki tendensiyalar saxlanılarsa, 2022-ci ilin mart ayınadək Avropada COVID-19 səbəbindən ölənlərin sayı 2 milyon nəfəri ötə bilər.

Manşet.az TASS-a istinadən xəbər verir ki, bu barədə ÜST-ün regional bürosunun press-relizində bildirilir.

Təşkilatdan bildiriblər ki, hazırda COVID-19 Avropa və Mərkəzi Asiyada bir nömrəli ölüm səbəbidir.

Ekspertlər COVID-19-un sürətlə yayılmasına 3 amilin səbəb olduğunu bildirirlər. Birincisi, hazırda Avropada SARS-CoV-2 virusunun son dərəcə yoluxucu delta ştamı geniş yayılıb. İkincisi, ölkələrin çoxunda məhdudiyyətlər aradan qaldırılıb. Üçüncüsü, əhalinin çoxu hələ də peyvənd olunmayıb.

ÜST-ün hesablamalarına görə, Avropada bir milyarddan çox vaksin vurulub və hazırda əhalinin 53,5 %-i tam peyvəndlənib. Bununla belə, peyvəndləmə səviyyəsinə görə ölkələr arasında böyük fərqlər mövcuddur. Belə ki, bəzi ölkələrdə əhalinin 80%-dən çoxu peyvəndləndiyi halda, digər ölkələrdə bu göstərici 10%-dən azdır.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin