Rusiya XİN-dən bağlanan “Rus Evi” ilə bağlı məlumat
12 Fevral 2025
19:14 - 11 Fevral 2025
Avropa İttifaqının (Aİ) Ermənistandakı "müşahidə missiyası"nın Azərbaycanla şərti sərhəddə avantürist addımları davam edir.
Manset.az xəbər verir ki, bu dəfə daha bir qrup Qazax və Qubadlı rayonu istiqamətinə gəlib.
Görüntülərdən aydın olur ki, Ermənistanla Azərbaycan arasındakı şərti sərhədə yerləşdirilən Aİ missiyasının üzvləri durbinlə Azərbaycan ərazilərini müşahidə ediblər.
Qeyd edək ki, Azərbaycan tərəfi missiyanın fəaliyyətini diqqətlə izləyir. Rəsmi Bakı bu missiya ilə bağlı dəfələrlə narazılığını bildirib, onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin