Coşqun Diniyev Türkiyə klubundakı debüt oyununda qol vurdu

19:35 - 11 Fevral 2025

Coşqun Diniyev Türkiyə klubundakı debüt oyununda qol vurdu

Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev Türkiyənin "Çorum" klubundakı debüt oyununda qol vurub.

 

Manset.az xəbər verir ki, I Liqanın XXIV turda "Yeni Malatyaspor"u qəbul edən "qırmızı-qaralar" Coşqunun 14-cü dəqiqədə vurduğu qol sayəsində hazırda davam edən oyunda hesabda 1:0 öndədirlər.

Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi qış fasiləsində "Bandırmaspor"dan "Çorum"a keçib.


Xəbər xətti

12 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin