BMT-nin Yəməndəki əməkdaşı öldü

19:15 - 11 Fevral 2025

BMT-nin Yəməndəki əməkdaşı öldü

BMT-nin Ümumdünya Ərzaq Proqramı Yəməndə husi üsyançıları tərəfindən əsir saxlanılan əməkdaşının öldüyünü bildirib.

 

Manset.az xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində məlumat paylaşılıb.

"Ümumdünya Ərzaq Proqramı Yəmənin şimalında həbsdə olan əməkdaşının ölümündən sarsılıb", - məlumatda qeyd olunub.

Məlumata görə, husilər yanvarın 23-dən bəri əməkdaşı və onun daha 6 həmkarını əsir saxlayırdılar.

Təfərrüatlar açıqlanmayıb. BMT-də 2017-ci ildən çalışan əməkdaşın həyat yoldaşı və iki uşağı qalıb.


Xəbər xətti

11 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin