Rusiya XİN-dən bağlanan “Rus Evi” ilə bağlı məlumat
11 Fevral 2025
17:56 - 11 Fevral 2025
Suriyanın Quru və Dəniz Limanları Baş İdarəsinin kommunikasiya direktoru Mazen Aluş Türkiyənin Suriya mallarının ixracına qoyulan məhdudiyyətləri aradan qaldırmaq niyyətində olduğunu bildirib. Onun ərazisi həm də xarici ölkələrə tranzit yüklərin bərpası üçün açıq olacaq.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Suriyanın "Sana" kanalına müsahibə verən cənab Aluş məhdudiyyətlərin aradan qaldırılması qərarına görə,Türkiyənin ticarət naziri Ömər Bolata təşəkkür edib.
O, həmçinin iki tərəfin iqtisadi əməkdaşlığı gücləndirə və qarşılıqlı tərəqqiyə nail olacağına ümid etdiyini bildirib.
Ötən həftə Ömər Bolat Türkiyənin Suriya ilə qarşılıqlı ticarət razılaşmasını yeniləmək üçün danışıqlara başlayacağını bildirib.
Qeyd edilib ki, müqavilə 2007-ci ildən qüvvədədir, lakin 2011-ci ildə Suriyada müharibə başlayandan sonra dayandırılıb.
Cənab Aluş onu da bildirib ki, Türkiyə Ticarət Nazirliyi ilə İordaniya Nəqliyyat Nazirliyi Suriyadan İordaniyaya gətirilən mallara tətbiq edilən rüsumların ləğvi ilə bağlı razılığa gəliblər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin