“Qarabağ” onunla yolları ayırdı

16:58 - 11 Fevral 2025

“Qarabağ” onunla yolları ayırdı

“Qarabağ” futbolçusu Riçard Almeyda ilə yollarını ayırıb.

 

Manset.az-ın klubun rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

2012-2018, 2019 və 2021-25-ci illərdə "köhlən atlar"da çıxış edən oyunçu 376 matçda 64 qol vurub.

Almeyda Premyer Liqada 254 (51 qol), kubokda 31 (5 qol), avrokuboklarda 91 (8 qol) dəfə komandanın formasını geyinib. O, 9 dəfə Azərbaycan çempionu, 5 dəfə Azərbaycan kubokunun qalibi adını qazanıb. Yarımmüdafiəçi 2017-23-cü illərdə çıxış etdiyi Azərbaycan millisində 31 oyunda 3 qol vurub.


Xəbər xətti

11 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin