İlham Əliyev Rusiya ilə bağlı sazişi TƏSDİQLƏDİ

16:24 - 11 Fevral 2025

İlham Əliyev Rusiya ilə bağlı sazişi TƏSDİQLƏDİ

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş”i təsdiq edib.

 

Manset.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, saziş qüvvəyə mindikdən sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya hökumətinə bildiriş göndərməlidir.


Xəbər xətti

11 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin