Qəzzada ölənlərin sayı 48 219 nəfərə çatdı

16:12 - 11 Fevral 2025

Qəzzada ölənlərin sayı 48 219 nəfərə çatdı

Qəzza zolağında son 24 saatda dağıntılar altından çıxarılan 8 nəfər çıxarılıb. 

 

Manset.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, son 24 saat ərzində xəstəxanalara 11 ölü və 10 yaralı daxil olub. Həyatını itirənlərdən 8-nin dağıntılar altından çıxarıldığı bildirilib.

İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı 48 min 219 nəfərə, yaralıların sayı isə 111 min 665 nəfərə yüksəlib.


Xəbər xətti

11 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin