Rusiya XİN-dən bağlanan “Rus Evi” ilə bağlı məlumat
12 Fevral 2025
15:41 - 11 Fevral 2025
Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen, Avropada süni intellekt sahəsinə 200 milyard avro sərmayə qoymağı hədəflədiklərini deyib.
Manset.az xəbər verir ki, Von der Leyen Parisdə keçirilən Süni İntellekt Fəaliyyət Sammitində çıxış edib.
Von der Leyen, dünyanın ən sürətli ictimai superkompüterlərindən bəzilərinin Avropada yerləşdiyini xatırladaraq, bu sistemləri süni intellekt araşdırmaları üçün şirkətlərin və tədqiqatçıların istifadəsinə verəcəklərini qeyd edib.
AB Komissiyasının mövzu ilə bağlı açıqlamasında, süni intellekt giga-fabrikləri üçün 20 milyard avroluq yeni Avropa fondunun yaradılacağı qeyd edilib.
Aİ son zamanlar süni intellekt sahəsinə yeni sərmayələr qoyaraq ABŞ və Çin kimi rəqiblərini tutmağa çalışır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin