Ana 1 yaşlı körpəsini dənizə atdı

15:07 - 11 Fevral 2025

Ana 1 yaşlı körpəsini dənizə atdı

İzmirin Seferihisar rayonunda ana 1 yaşlı körpəsini dənizə atıb.

 

Manset.az Türk mediasına istinadən xəbər verir ki, 1 yaşlı körpəsini dənizə atdığı iddia edilən 30 yaşlı qadın saxlanılıb.

Bengiler Məhəlləsində qadının dənizə girərək qucağındakı körpəni suya atdığını görən vətəndaşlar polisə xəbər verib.

Vətəndaşlar tərəfindən dənizdən çıxarılan 1 yaşlı körpə xəstəxanaya çatdırılıb. Hadisəni törədən qadının psixoloji problemləri olduğu deyilib.

Hadisə ilə bağlı araşdırma aparılır. 


Xəbər xətti

11 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin