Azərbaycanlı jurnalist Qazaxıstanda nüfuzlu mükafata layiq görüldü – FOTOLAR
11 Fevral 2025
14:55 - 11 Fevral 2025
Bakıdakı “Rus Evi” fəaliyyətini dayandırır.
Manset.az xəbər verir ki, “Rus Evi” bu barədə feysbuk hesabında paylaşım edib.
“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin tələbi ilə əlaqədar olaraq, Rossotrudniçestvo nümayəndəliyi – Bakıdakı “Rus Evi” öz fəaliyyətinin dayandırılması ilə bağlı tədbirlər görür”, - deyə paylaşımda qeyd olunub.
***
13:50
Bakıdakı “Rus Evi” sosial şəbəkələrdə mərkəzin loqolarından istifadə edilərək saxta sənədlər yayılması barədə açıqlama yayıb.
Manset.az xəbər verir ki, “Rus Evi”nin feysbuk hesabında edilən paylaşımda deyilir:
“Bakıdakı “Rus Evi” və “Rossotrudniçestvo”nun simvollarınının qanunsuz mənimsənilməsi ilə bağlı sosial şəbəkələrdə həqiqətə uyğun olmayan məlumatların və saxta sənədlərin yayılması davam edir. Burada söhbət əsas olaraq, guya Bakıda “Rus Evi”ndə rus dili kursunda tədris alan şəxslərin, o cümlədən Azərbaycanın dövlət qulluqçusu olan şəxslərin siyahılarından gedir. Bu “sənədlər” həqiqi deyil. Bizim rəsmi resurslarımızda yayılmayan istənilən material saxtadır”.
Qeyd edək ki, xüsusi xidmət orqanlarının sifarişi ilə çalışan, xaricdə yerləşən “Youtube” kanalı vasitəsilə son günlər “Rus Evi” adından saxta sənəd hazırlanaraq yayılıb. “Məlumat” Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə bağlı olub. “Rus Evi” isə son açıqlamasında bu tipli məlumatların yayılmasından xəbərdar olduğunu qeyd edib və informasiyanı təkzib edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin