Azərbaycanda 3 müəssisə ləğv edildi

12:50 - 11 Fevral 2025

Azərbaycanda 3 müəssisə ləğv edildi

"Mərkəzi Rieltor Bürosu" MMC, "Be Positive" MMC və EKSPERT-M MMC keçirilən ümumi yığıncaqlarda ləğv olunmaları barədə qərar qəbul ediblər.

 

Manset.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Qərara əsasən, şirkətlərin hüquq və vəzifələri başqa şəxslərə keçməyəcək, birbaşa ləğv prosesi həyata keçiriləcək.

Kreditorlar öz tələblərini 60 gün ərzində bildirə bilərlər.

Xatırladaq ki, Mülki Məcəllənin 61.7-ci maddəsinə uyğun olaraq, kreditorların pul tələbləri növbəlilik prinsipinə əsasən ləğvetmə komissiyası (təsviyəçi) tərəfindən ödəniləcək.


Xəbər xətti

11 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin