Rusiya XİN-dən bağlanan “Rus Evi” ilə bağlı məlumat
11 Fevral 2025
12:17 - 11 Fevral 2025
Ölkəmizdə hər il fevralın 10-dan 11-nə keçən gecə Novruz bayramının gəlişi ilə əlaqədar Xıdır Nəbi bayramı keçirilir.
Manset.az ATV-yə istinadən xəbər verir ki, Xıdır Peyğəmbərin adı ilə bağlı olan bu gecəni hər il Tovuz sakinləri ocaq başına toplaşaraq xüsusi qeyd edirlər.
Onlar Xan Çinarın ətrafında yığışaraq tonqal qalayır, rəqs edirlər. İnanca görə, bundan sonra qışın çətin günləri arxada qalır, təbiətdə yazın nəfəsi duyulur, Xıdır Nəbi evlərə bərəkət paylayır.
Xıdır Nəbi bayramında buğda və qarğıdalı sacda qovurulur, daha sonra üyüdülərək şəkər tozu, doşab ilə yoğrulub qovut hazırlanır və uşaqlara, qonşulara paylanır.
Daha ətraflı süjetdə:
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin