“Google” xəritələrində Meksika körfəzinin adı dəyişdirildi

10:22 - 11 Fevral 2025

“Google” xəritələrində Meksika körfəzinin adı dəyişdirildi

"Google" şirkəti öz xəritələr xidmətində Meksika körfəzinin adını dəyişib.

 

Manset.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Məlumata görə, ABŞ istifadəçiləri üçün indi Amerika Körfəzi adlandırılacaq. Meksikalılar üçün köhnə ad qalacaq. Digərləri isə hər iki adı görəcəklər

ABŞ prezidenti Donald Tramp Meksika körfəzinin adının Amerika Körfəzi olaraq dəyişdirilməsi barədə göstəriş verib. O hesab edir ki, bu, Körfəzin ABŞ iqtisadiyyatındakı rolunu əks etdirir. Buna cavab olaraq Meksika prezidenti Klaudiya Şeynbaum qitənin şimal hissəsini Meksika Amerikası adlandırmağı təklif edib.


Xəbər xətti

11 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin