Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb
22 Noyabr 2024
21:59 - 27 İyun 2021
Futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.
Manset xəbər verir ki, ikinci oyun gününün ilk matçında Niderland və Çexiya yığmaları üz-üzə gəlib. Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da oynanılmış görüş Çexiyanın qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları Tomaş Holeş 68-ci və Patrik Şik 80-ci dəqiqədə vurub.
Beləliklə, iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək 1/4 final matçında Bakıda Danimarka və Çexiya yığmaları qarşılaşacaq.
Qeyd edək ki, günün son oyununda Belçika və Portuqaliya milli komandaları üz-üzə gələcək. İspaniyanın Sevilya şəhərində "Estadio La Cartuja" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Baş hakim almaniyalı Feliks Brix olacaq. Mərhələni keçən kollektiv 1/4 finalda İtaliya ilə görüşəcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin