Arvadını namaz üstündə öldürən kişi Gürcüstanda saxlanıldı

09:47 - 11 Fevral 2025

Arvadını namaz üstündə öldürən kişi Gürcüstanda saxlanıldı

Fevralın 8-də saat 23 radələrində Xəzər rayonu Binə qəsəbəsində evlərin birində 1976-cı il təvəllüdlü Lamiyə Məmmədovanın küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.


DİN-in Mətbuat Xidmətindən Manset.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1979-cu il təvəllüdlü Məmmədov Ramil Məhərrəm oğlu Gürcüstan Respublikasında saxlanılıb.

Onun ölkəyə ekstradisiyası üçün tədbirlər görülür.

Qeyd edək ki,  fevralın 8-də Binə qəsəbəsi 138-ci döngə, 62 ünvanında yaşayan 48 yaşlı Lamiyə Məmmədova qətlə yetirilib. Bildirilir ki, qadın namaz qıldığı yerdə öldürülüb.


Xəbər xətti

11 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin