Pensiyalarla bağlı ŞAD XƏBƏR

09:37 - 11 Fevral 2025

Pensiyalarla bağlı ŞAD XƏBƏR

Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların artımla ödənişi bu gün həyata keçirilib.

 

Manset.az xəbər verir ki, bütün növ pensiyalar 8,1 faiz artırılıb, eyni zamanda, yanvar ayının artımı da bu gün ödənilən məbləğə əlavə olunub.

Qeyd edək ki, respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.


Xəbər xətti

11 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin