DTX Azər Bağırovu Azərbaycana gətirib məsuliyyətə cəlb etdi - FOTO

09:31 - 11 Fevral 2025

DTX Azər Bağırovu Azərbaycana gətirib məsuliyyətə cəlb etdi - FOTO

Bakı şəhəri Səbail Rayon Məhkəməsində Azərbaycan vətəndaşı Bağırov Azər Akif oğlu barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məhkəmə prosesi keçirilib.

 

Manset.az xəbər verir ki, xarici xüsusi xidmət orqanının nümayəndələrinə kömək etməklə casusluq formasında dövlətə xəyanət etməkdə ittiham olunan Azər Bağırov Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş tədbirlər nəticəsində İordaniya ərazisində tutularaq Azərbaycana gətirilib.

İş materiallarından məlum olur ki, xarici ölkənin xüsusi xidmət orqanı 3-cü ölkələrdə hazırladığı təxribat hadisələrində iştirakını büruzə verməmək üçün Azərbaycan vətəndaşı kimi Azər Bağırovu cəlb edib. Azər Bağırov isə öz Azərbaycan vətəndaşı statusundan xarici xüsusi xidmət orqanının xeyrinə və Azərbaycan dövlət təhlükəsizliyi zərərinə istifadə etməklə xaricdə dövlətimizin maraqlarına qəsdən ziyan vurub, casusluq fəaliyyəti ilə məşğul olub.

Məhkəmə Bağırov Azər Akif oğlu barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə həbs qətimkan tədbiri seçib.



Xəbər xətti

11 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin