Ermənistan Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirəcək

08:35 - 11 Fevral 2025

Ermənistan Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirəcək

Ermənistan parlamenti Avropa İttifaqına daxil olmaq haqqında qanun layihəsini nəzərdən keçirməyə hazırlaşır.

 

Manset.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, Ermənistanın Avropa İttifaqına qoşulması prosesinin başlanması haqqında qanun layihəsi parlamentin fevralın 11-dən 14-dək keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.

Qeyd edək ki, Ermənistan hökuməti müvafiq sənədi yanvarın 9-da təsdiqləyib. Bundan sonra isə Ermənistan parlamentinin komitəsi Aİ-yə üzvlük prosesi ilə bağlı qanun layihəsini təsdiq edib.


Xəbər xətti

11 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin