Ermənistan və Türkiyə sərhədi bu tarixdə açılacaq - İDDİA

20:25 - 10 Fevral 2025

Ermənistan və Türkiyə sərhədi bu tarixdə açılacaq - İDDİA

Ermənistan və Türkiyə sərhədindəki "Marqara" nəzarət-keçid məntəqəsi 1 mart tarixində açılacaq.

 

Manset.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Məlumata görə, məntəqədə Ermənistan tərəfində Milli Təhlükəsizlik Xidmətinin sərhədçiləri növbə çəkəcək.

Sərhəd məntəqəsinin açılması ehtimalı ilk dəfə 2024-cü ilin iyul ayında iki ölkənin xüsusi nümayəndələri Ruben Rubinyan və Sərdar Kılıçın "Marqara" yaxınlığında keçirdiyi görüşün nəticələri əsasında bildirilib.

Ermənistan tərəfi keçid məntəqəsinin təmiri və təchizatı üçün üçün təxminən 2.5 milyon dollar xərcləyib.


Xəbər xətti

11 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin