Hikmət Hacıyevin Xankəndidən PAYLAŞIMI
11 Fevral 2025
18:26 - 10 Fevral 2025
Bakıda kişi bir il əvvəl boşandığı qadını bıçaqlayıb.
Manset.az Report.az-a istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Ə. Atakişiyev bir il əvvəl boşandığı, 270 saylı məktəbdə texniki işçi kimi çalışan G. Həmidovaya bıçaqla ağır xəsarətlər yetirib. Qadın xəstəxanaya yerləşdirilib.
Suraxanı rayonu Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbiriləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ə. Atakişiyev saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır.
270 nömrəli tam orta məktəbdən "Report"a bildirilib ki, məktəbin xanım texnki işçisi xilas olmaq üçün məktəbin həyətinə daxil olub:
"Orada ona ilkin tibbi yardım göstərilib. Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardıma və hüquq-mühafizə orqanına məlumat verilib".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin