Azərbaycanda bullinqə məruz qalan şagird özünü öldürdü - YENİLƏNİB

16:24 - 10 Fevral 2025

Azərbaycanda bullinqə məruz qalan şagird özünü öldürdü - YENİLƏNİB

"Biləsuvarda şagirdin intihar etməsi ilə bağlı Şərqi-Zəngəzur Regional Təhsil İdarəsində araşdırma aparılır".


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Şərqi-Zəngəzur Regional Təhsil İdarəsindən məlumat verilib.

"Biləsuvarda şagirdin (müəyyən səbəblərdən ad və soyad qeyd edilmir ) intihar etməsi barədə məlumatlıyıq. Hadisə ilə bağlı hazırda Şərqi-Zəngəzur Regional Təhsil İdarəsi və hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır", - deyə qurumdan bildirilib.

Simuzər Heydərovanın fotosunu təqdim edirik:

***

15:27

Biləsuvarda baş verən intihar hadisəsinin təfərrüatı məlum olub.

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, özünü öldürən Simuzər Heydərova 11-ci sinif şagirdi olub.

Onun məktəbdə bullinqə məruz qaldığı iddia edilib.

Qeyd edilib ki, Simuzər sinif yoldaşları tərəfindən ələ salınırmış. O, dərslərində kifayət qədər yaxşı nəticə göstərib.

Qeyd edək ki, hadisə 8 fevral gecə saatlarında məcburi köçkünlər üçün tikilən 6 saylı qəsəbədə baş verib.

17 yaşlı Simuzər Yaşar qızı Heydərova yaşadığı evin həyətində özünü asıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

11 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin