Kürdəmirdə yol qəzası - Xəsarət alan var

21:24 - 27 İyun 2021

Kürdəmirdə yol qəzası - Xəsarət alan var

Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Manset.az report-a istinadən xəbər verir ki, hadisə Muradxan kəndində qeydə alınıb.

Belə ki, “VAZ-2106” markalı avtomobilin sürücüsü hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı körpünün dirəyinə çırpılıb. Qəza zamanı avtomobildə olan sərnişin, 53 yaşlı Novruzov Habil Vəzir oğlu müxtəlif xəsarətlər alıb.

Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Fakt araşdırılır.


Xəbər xətti

12 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin