İsraildə terror təhdidlərinə qarşı təlimlər başladı

20:40 - 9 Fevral 2025

İsraildə terror təhdidlərinə qarşı təlimlər başladı

İsrail Ordusunun Mərkəzi Hərbi Dairəsinin terror təhdidlərinə qarşı planlaşdırılmamış təlimləri start götürüb.

 

Manset.az xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Təlimlər Ordunun Baş Qərargah rəisi Herzi Halevinin əmri ilə başlayıb.

Manevrlərdə son döyüş əməliyyatları zamanı əldə edilmiş təcrübə nəzərə alınacaq.

Təlimlər Baş Qərargahın Əməliyyat İdarəsinin rəhbərliyi altında İordan çayının Qərb sahilində, İordan vadisində, Ölü dənizdə və Colan yüksəkliklərində keçiriləcək.


Xəbər xətti

13 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin