Bu şəxslər üçün qısa iş vaxtı TƏTBİQ EDİLƏCƏK
14 Mart 2025
19:00 - 9 Fevral 2025
Qəzza sektorunda dağıntılar altından daha 7 nəfərin meyiti çıxarılıb.
Manset.az xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.
Bununla da Qəzzada ölənlərin sayı 48 189 nəfərə çatıb.
Son 24 saatda xəstəxanalara 2 yaralı gətirilib. Bununla da Qəzzada hücumlar nəticəsində yaralananların sayı 111 640 nəfərə çatıb.
Qeyd edilib ki, hələ də dağıntılar altında və yollarda çoxlu sayda zərərçəkmişlər var.
Xatırladaq ki, İsraillə HAMAS arasında əsir və girov mübadiləsini nəzərdə tutan razılaşma çərçivəsində yanvarın 19-dan Qəzzada atəşkəs hökm sürür.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin