Nazir müavini qiymət artımını ETİRAF ETDİ

17:36 - 23 Noyabr 2021

Nazir müavini qiymət artımını ETİRAF ETDİ

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Milli Məclisin bu gün keçirilən plenar iclasında bəzi məqamları qeyd edib.

 

Manşet.az xəbər verir ki, nazir müavini Azərbaycanda dövlət sosial sığorta haqları üzrə daxilolmaların 8,1% artdığını bildirib:

 

"BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqlamasına görə dünyada qiymət səviyyəsi son 30 ildə ən yüksək səviyyəyə çatıb. Bunun nəticəsində də ölkəyə idxal olunan məhsulların qiymətində artım müşahidə olunmalıdır. Bu da bizim inflyasiya səviyyəsinə ən çox təsir edən amildir".

 

S. Həsənovanın sözlərinə görə, hazırda idxal indeksi 23 %-i keçib:

 

"Hətta hazır qida məhsulları idxal qiymətləri indeksi 25 %-i ötüb. Növbəti ildə inflyasiyanın səngiməsi gözlənilir. İnflyasiyanın yüksək səviyyədə olması nəzərə alınaraq, İqtisadiyyat Nazirliyi tərəfindən növbəti ildə qiymətlərin cari ildə olduğu kimi yüksək artımı proqnozlaşdırılmır. İnflyasiyanın aşağı səviyyədə saxlanılması üçün əsas amillərdən biri makroiqtisadi sabitliyin təmin olunmasıdır”.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin