Что категорически нельзя делать 15 марта: читать!!!
Страшная тайна 2х магазинов — пятерочки и магнита: срочно всем

Ermənistanda kibercinayətkarlıq artdı

08:45 - 9 Fevral 2025

Ermənistanda kibercinayətkarlıq artdı

Ötən il Ermənistanda qeydə alınan kibercinayətlərin sayı 2023-cü illə müqayisədə azı 50 % artıb, bunun da 90%-ni maliyyə kibercinayətləri təşkil edib.

 

Manset.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin Xüsusi Vacib İşlər Baş İdarəsinin Kibercinayətkarlıq və Yüksək Texnologiyalar sahəsində cinayətlərin araşdırılması İdarəsinin rəisi Robert Adilxanyan bildirib.

"Statistik məlumatlara görə, 2019-2023-cü illərdə qeydə alınan kibercinayətlərin sayı kəskin şəkildə artıb. Yəni 2019-cu ildə İstintaq Komitəsində 100-ə yaxın hadisə qeydə alınıb, 2023-cü ildə isə qeydə alınan cinayətlərin sayı 1 000-ə çatıb. Keçən il bu rəqəmlər azı 50 faiz artıb", - Adilxanyan qeyd edib.

"Ermənistanda ildən-ilə daha çox cinayətin üstü açılır. Hətta vətəndaşların müraciət etməməsi halları olur, lakin konkret işin istintaqı zamanı yeni cinayətlər ortaya çıxır", - o deyib.

Ermənistan Polisinin məlumatına görə, respublikada kibercinayətlərin sayı ildən-ilə artır. Əgər 4-5 il əvvəl hər il 300 nəfər belə cinayətlərin qurbanı olubsa, 2022-2023-cü illərdə qurbanların sayı 1 100-ü ötüb.


Xəbər xətti

15 Mart 2025
Кабаева на публичном мероприятии показала кто ее любовь: СМИ
Сегодня был убит многим известный Демьян Ганул
Что категорически нельзя делать 15 марта: читать!!!
Страшная тайна 2х магазинов — пятерочки и магнита: срочно всем
УЖАС: От чего больше полугода умирала звезда бодибилдинга
Что произошло с девочками,пропавшими в Калужской области
Что дальше произошло в деле ДТП с известным певцом Буйновым?
Администрация президента США об ужесточении санкций
Весной произойдут ограничения в списках на выдачу ипотеки
В Мордовии нашли пропавшего молодого парня мертвым: читать

Ən son xəbərləri səhifəmizdən də izləyin