Banu Günelin ölüm xəbəri yayıldı - AÇIQLAMA
12 Mart 2025
14:20 - 8 Fevral 2025
Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında saxlanılan daha üç israilli girovu Beynəlxalq Qırmızı Xaç Komitəsinə təhvil verib.
Manset.az xəbər verir ki, bu barədə məlumatı İsrailin Müdafiə Ordusu yayıb.
Bildirilib ki, hazırda girovlar israilli hərbçilərə tərəf aparılır. Onlar 52 yaşlı Eli Şarabi, 56 yaşlı Ohad Ben-Ami və 34 yaşlı Or Levidir.
“Associated Press” agentliyinin məlumatına bu, yanvarın 19-da tərəflər arasında atəşkəs qüvvəyə mindikdən sonra beşinci girov mübadiləsidir. Bu müddət ərzində 18 israilli girov və 550-dən çox fələstinli məhbus azad edilib. Bugünkü mübadilə çərçivəsində İsrail daha 183 fələstinli məhbusu sərbəst buraxmalıdır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin