Liqa mərhələsinin ən yaxşı qolu açıqlandı - Çempionlar Liqası

11:17 - 8 Fevral 2025

Liqa mərhələsinin ən yaxşı qolu açıqlandı - Çempionlar Liqası

Çempionlar Liqasının Liqa mərhələsində vurulmuş ən yaxşı qol bəlli olub.

 

Manset.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Azarkeşlərin səsverməsinə əsasən, İspaniyanın "Real" klubunun futbolçusu Vinisius Juniorun dəqiq zərbəsi ən yaxşı seçilib.

Braziliyalı oyunçunun VII turda Avstriyanın “Zaltsburq” komandasına 77-ci dəqiqədə vurduğu qol fərqləndirilib.

Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinə fevralın 11-də start veriləcək.


Xəbər xətti

12 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin