Kevin De Bruynenin yeni komandası bəlli oldu

22:22 - 7 Fevral 2025

Kevin De Bruynenin yeni komandası bəlli oldu

Belçikalı pleymeyker Kevin De Bruyne 2024/2025 mövsümünün sonunda "Mançester Siti"ni tərk edəcək.

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi artıq yeni klubu ilə bağlı da qərarını verib. O, karyerasını ABŞ-də davam etdirəcək. Təcrübəli oyunçu ABŞ-nin "San Dieqo" klubuna keçidə razılaşıb.

De Bruyne 2015-ci ildən "Mançester Siti"də çıxış edir. Futbolçunun ingilis klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin iyununda başa çatacaq. "Transfermarkt" ulduz futbolçunun dəyərini 35 milyon avro qiymətləndirir.


Xəbər xətti

12 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin