Bəhram Rəcəbzadə Rotterdamda növbəti döyüşünə çıxacaq

20:58 - 7 Fevral 2025

Bəhram Rəcəbzadə Rotterdamda növbəti döyüşünə çıxacaq

 

Azərbaycan kikboksçusu, İslam Həmrəyliyi Oyunlarının, Dünya və Avropa çempionatlarının qalibi Bəhram Rəcəbzadə "GLORY" təşkilatının peşəkar turnirində mübarizə aparacaq.

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, turnir apreldə Niderlandın ikinci böyük şəhəri olan Rotterdamda keçiriləcək və B.Rəcəbzadə 95 kq çəki dərəcəsində mübarizə aparacaq.

Qeyd edək ki, B.Rəcəbzadə həm 95 kq, həm də daha ağır çəki dərəcələrində "GLORY" reytinqində ikinci yeri tutur. Onu hər iki çəki dərəcəsində növbəti titul döyüşləri gözləyir.


Xəbər xətti

12 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin