Emin Əmrullayevdən yeni TƏYİNAT

17:38 - 7 Fevral 2025

Emin Əmrullayevdən yeni TƏYİNAT

Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinə yeni müdir təyin edilib.

 

Manset.az xəbər verir ki, bu barədə müvafiq əmr elm və təhsil naziri Emin Əmrullayev tərəfindən imzalanıb.

Əmrə əsasən, sözügedən vəzifəyə Çapay Məmmədov gətirilib.

Çapay Məmmədov psixologiya və idarəetmə ixtisası üzrə bakalavr, biznesin təşkili və idarəolunması ixtisası üzrə isə magistr təhsili alıb. O, bundan öncə nazirliyin İnsan resursları şöbəsinin müdiri kimi fəaliyyət göstərib.


Xəbər xətti

12 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin