Narkotik qəbul edib maşın sürdülər - Həbs edildilər

09:45 - 07 Fevral 2025

Narkotik qəbul edib maşın sürdülər - Həbs edildilər

Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobili narkotik vasitələrin təsiri altında idarə edən R.Abbasov və K.Piriyev saxlanılıblar.

 

Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

Məlumata görə, tibbi müayinə zamanı onların marixuana istifadə etdikləri məlum olub.

Sürücülər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə R.Abbasov və K.Piriyev 15 sutka inzibati qaydada həbs edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv