Konqonun şərqində üsyançılar 1 şəhəri ələ keçirdilər

23:40 - 6 Fevral 2025

Konqonun şərqində üsyançılar 1 şəhəri ələ keçirdilər

23 Mart Hərəkatının (M23) üsyançıları Ruanda ordusunun dəstəyi ilə Konqo Demokratik Respublikasının (KDR) şərqindəki İhusi şəhəri üzərində nəzarəti təmin ediblər.

 

Manset.az xəbər verir ki, bu barədə RFI radiostansiyası KDR parlamentinin aşağı palatasının spikeri Vital Kamerheyə istinadən məlumat yayıb.

Spiker üsyançıların hazırda İhusi şəhərində olduqlarını bildirib.

Qeyd edək ki, üsyançılar bir gün əvvəl Cənubi Kivuda yerləşən Nyabibve şəhərini tutmuşdular.

Döyüşlər fevralın 4-də başlayıb.


Xəbər xətti

7 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin