Tramp Ukrayna münaqişəsinin həllində irəliləyiş olduğunu açıqladı

20:45 - 6 Fevral 2025

Tramp Ukrayna münaqişəsinin həllində irəliləyiş olduğunu açıqladı

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Ukraynadakı münaqişənin həlli üçün səylər göstərdiyini və bu istiqamətdə artıq müəyyən irəliləyiş olduğunu açıqlayıb.

 

Manset.az xəbər verir ki, bu barədə o, Vaşinqtonda çıxışı zamanı bildirib.

“Biz bu problemi həll etmək üçün çox çalışırıq. Düşünürəm ki, bunun (müharibənin – red.) dayandırılmasını təmin etmək baxımından irəliləyiş əldə edirik”, - o deyib.

Tramp bir daha bildirib ki, Ukraynada müharibənin başlanmasında günahın bir hissəsi də sələfi Cozef Baydenin üzərinə düşür.


Xəbər xətti

7 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin