Rusiyadakı miqrantlara BƏD XƏBƏR

20:20 - 6 Fevral 2025

Rusiyadakı miqrantlara BƏD XƏBƏR

Deportasiya rejiminə tabe olan bütün qeyri-qanuni miqrantlar əcnəbilərə bir sıra məhdudiyyətlər tətbiq edən xüsusi reyestrə daxil ediləcək.

 

Manset.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin məlumat verib.

"Onlar bank hesabları aça, onlarda olan vəsaitləri, o cümlədən pul köçürmələrini idarə edə bilməyəcəklər. Bu şəxslərin eyni zamanda ölkəmizdə əmlak almaq və ya satmaq, nəqliyyat vasitələri sürmək və sürücülük vəsiqəsi almaq, evlənmək, yaşayış yerini dəyişdirmək və ya qalmaq hüququ olmayacaq", - Volodin bildirib.

Dövlət Dumasının spikeri bildirib ki, hazırda Rusiyada 670 min qanunsuz miqrant var. Onların hamısı adı yeni reyestrdə yer alacaq. Yeni qaydaların bəndlərindən biri pozulduğu halda, əcnəbi dərhal Rusiyadan deportasiya ediləcək. Reyestr özü Daxili İşlər Nazirliyinin internet saytında ictimaiyyətə açıqlanacaq.

Volodin həmçinin Dövlət Dumasının aşağı palatası hökumətdən miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi üçün yeni təşəbbüslər gözlədiyini bildirib.


Xəbər xətti

7 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin