Azərbaycanlı futbolçunun klubu "Qalatasaray"a məğlub oldu

19:30 - 6 Fevral 2025

Azərbaycanlı futbolçunun klubu

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor" Türkiyə Kubokunun matçında "Qalatasaray"a 1:4 hesabı ilə məğlub olub.

 

Manset.az xəbər verir ki, C qrupunun II turunun qarşılaşmasında hesabı Vüsal İsgəndərli açıb.

11-ci dəqiqədə adını tabloya yazdıran oyunçu komandasını hesabda irəli çıxarıb. Bununla belə Bolu təmsilçisi qələbə hesabını qoruya bilməyib.

"Sarı-qırmızılar"ın heyətində müvafiq olaraq fərqlənən Alvaro Morata (21), Eyüp Aydın (44), Yusuf Demir (72) və Ahmed Kutucu (75) "Qalatasaray"ın qələbəsində pay sahibi olub.


Xəbər xətti

7 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin