"Real"ın sabiq futbolçusu karyerasını başa vurdu

16:50 - 6 Fevral 2025

"Real Madrid"in və Braziliya millisinin sabiq futbolçusu Marselo peşəkar karyerasını başa vurduğunu açıqlayıb.

 

Manset.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində müvafiq video paylaşıb.

Marselonun 36 yaşı var və "Fluminense" futbol klubunun yetirməsidir. Müdafiəçi 2007-ci ildə "Real Madrid"ə keçib. Bu klubun heyətində braziliyalı ümumilikdə 25 kubok qazanıb. Marselo beş dəfə Çempionlar Liqasını, altı dəfə İspaniya çempionluğunu və iki dəfə İspaniya kubokunu qazanıb.

2022-ci ilin yayında müdafiəçi Yunanıstanın "Olimpiakos"una keçib, lakin 2023-cü ilin fevralında müqaviləyə xitam verib. 2023-cü ilin fevralından 2024-cü ilin noyabrına qədər Marselo “Fluminense”də çıxış edib.


Xəbər xətti

7 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin