Magistraturaya sənəd verənlərə XƏBƏRDARLIQ

16:35 - 6 Fevral 2025

Magistraturaya sənəd verənlərə XƏBƏRDARLIQ

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanında iştirak edəcək bakalavrlar "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

 

Manset.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına  qəbul imtahanı (I cəhd) 16 fevral 2025-ci il tarixində keçiriləcək.

Bakalavrlar “İmtahana buraxılış vərəqəsi” və "Yaddaş kitabçası"nı çap etmək üçün bu linkə daxil olmalıdırlar.

Qeyd edək ki, bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır. 


Xəbər xətti

7 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin