Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA
6 Fevral 2025
16:40 - 6 Fevral 2025
Münaqişə bitdikdən sonra İsrail Qəzza zolağına nəzarəti ABŞ-yə verə bilər.
Manset.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsində yazıb.
O, həmçinin fələstinlilərin bölgədəki daha təhlükəsiz yerlərə köçürüləcəyini bildirib. Tramp bildirib ki, ABŞ-nin Qəzzanın mümkün yenidən qurulması bəşər tarixində ən böyük və ən təsirli qurulması layihəsi ola bilər.
Fevralın 5-də ABŞ Prezidenti Donald Tramp fələstinlilərin qonşu ölkələrə köçürülməsindən sonra Qəzza zolağına nəzarəti ələ keçirmək niyyətində olduğunu bəyan edib. İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında o, bölgənin yenidən qurulmasına, iş yerlərinin yaradılmasına və partlamamış hərbi sursat təhlükəsini aradan qaldıracağına söz verib. Trampın planları ərəb liderləri və HƏMAS-ın qınağına səbəb olub, onlar Trampın təkliflərini “qovma” adlandırıblar. Netanyahu, ABŞ Prezidentini dəstəkləyərək, "qeyri-standart düşündüyünü və yeni fikirlər təklif etdiyini" söyləyib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin