Məktəblərdə kağız jurnallar LƏĞV EDİLİR

15:59 - 6 Fevral 2025

Məktəblərdə kağız jurnallar LƏĞV EDİLİR

Təhsil sahəsində rəqəmsallaşmaya mühüm töhfə verəcək “Rəqəmsal məktəb” platforması fəaliyyətə başlayır.


Manset.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, Elm və Təhsil Nazirliyinin təqdim etdiyi bu yeni sistem, paytaxt Bakıdakı 324 məktəbi əhatə edəcək: “Layihənin əsas məqsədi 500 mindən çox şagird və 30 mindən çox təhsil işçisini vahid bir rəqəmsal platformada birləşdirməkdir. Platforma vasitəsilə şagirdlər dərslərə onlayn qoşulmaq, tapşırıqları yerinə yetirmək və təhsil prosesini izləmək imkanı əldə edəcəklər.

Məktəblərin idarəetmə sisteminin təkmilləşdirilməsi və təhsil prosesinin effektivliyinin artırılması məqsədilə yaradılan bu platforma müəllimlər və valideynlər üçün də yeni imkanlar təqdim edir”.

Nazir qeyd edib ki, növbəti tədris ilində kağız jurnal ləğv olunacaq.


Xəbər xətti

6 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin