Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA
6 Fevral 2025
15:44 - 6 Fevral 2025
Yeni tədris ilində bütün ölkə məktəblərində şagird davranış qaydalarının tətbiqi planlaşdırılır.
Manset.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
O qeyd edib ki, şagird davranış qaydaları 329 məktəbdə 2 tədris ili pilot olaraq tətbiq edilib.
"Pilot müəssisələrdə monitorinqlər həyata keçirilib və müsbət geridönüşlər əldə edilib", - nazir bildirib.
Qeyd edək ki, şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris prosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin